Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49
"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxıb. Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

AzərTAc xəbər verir ki, keçmiş prezident Heydər Əliyevin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildliyin bu cildində Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin inkişafını əks etdirən Bakı Bəyannaməsi verilib.

Bunlardan əlavə, kitabda H. Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə danışıqları, Böyük Britaniyanın "Kaspian" jurnalının baş redaktoru Ceyms Millerlə müsahibəsi, Fransaya səfəri zamanı türkiyəli jurnalistlərlə söhbəti, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə görüşlərindəki nitqləri cəmlənib.

Kitabda H. Əliyevin 2001-ci ilin yanvarından martınadək olan dövrdə çıxışları nitqləri, bəyanatları, məktubları, müsahibələri, məruzələri, müraciətləri, fərmanları da təqdim edilib.

Yeni cilddə həmçinin Azərbaycan Prezidentinin Fransa və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi görüşlər, prezidentlərin mətbuat konfransları haqqında maraqlı materiallar əksini tapıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG