Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16

Braziliya yazıçısı Koelo kitablarının İranda qadağan edildiyini deyir


Tanınmış Braziliya yazıçısı Paulo Koelo yanvarın 1-də bildirib ki, İranda onun kitablarının satışını qadağan ediblər. Yazıçı Braziliya hökumətindən bu işdə ona kömək göstərməyi xahiş edir.

Yazıçı bu barədə məlumatı kitablarının İrandakı redaktorundan aldığını bildirir. Həmin redaktor Araş Heyazi 2009-cu ilin iyununda prezident seçkisindən nsonra baş vermiş etiraz aksiyaları zamanı kameralara düşmüşdü. O zaman Heyazi güllə ilə vurulan Neda Ağa-Soltan adlı gənc qıza yardım edirdi.

Paulo Koelo bildirir ki, O. Kitablarının qadağan edilməsinin səbəbini bilmir. Amma o, həqiqətən də etiraz aksiyaları zamanı internetdə sosial şəbəkələrdə Heyazini müdafiə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG