Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:29

ABŞ-da gülləbaran qurbanları üçün sükut elan edilib


ABŞ prezidenti Barak Obama Arizonada Konqres üzvü Gabrielle Giffordsun yaralanması, altı nəfərin isə qətlə yetirilməsi ilə nəticələnmiş gülləbarana görə sükut elan edilib. Ağ Evdə yanvarın 10-da keçirilən mərasimə prezident Obama və xanımı, həmçinin də başqa rəsmilər qatılıb.

Ötən həftənin sonunda Arizonada bir mərasimdə 22 yaşlı Jared Loughner Konqres üzvü qadını və mərasimdəkiləri güllələyib. Hadisə zamanı altı nəfər, o cümlədən ştatın hakimi, doqquz yaşlı qız uşağı, Konqres üzvünün köməkçisi həlak olub, xeyli adam yaralanıb. Konqres üzvü Giffordsun da vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Jared Loughner bu gün axşa məhkəməyə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG