Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56
Seçiciləri ilə görüşü zamanı başından güllələnmiş ABŞ konqresmeninin vəziyyəti kritik olaraq qalır. Konqresin Nümayəndələr Palatasının üzvü Gabrielle Giffords hadisə zamanı Arizona ştatındakı Tucson yaşayış məntəqəsində seçiciləri ilə görüş keçirirmiş.

Silahlı gənc əvvəlcə senatoru hədəf alıb, sonra pərakəndə atəş açıb. Nəticədə 6 nəfər, o cümlədən 9 yaşlı uşaq və federal hakim həlak olub. Gabrielle Giffords ABŞ prezidentinin yaxın müttəfiqlərindəndir. Hadisədən dərhal sonra prezident Barak Obama hücumu pisləyib. Hadisəni bütün ölkə üçün faciə adlandırıb:

BÜTÜN ÖLKƏ ÜÇÜN FACİƏ

«Bu, təkcə hadisənin qurbanları üçün yox, bütün ölkə üçün faciədir. Belə bir vaxtda amerikalılar bir-birlərini dəstəkləməlidirlər».

Hadisədən sonra Gabrielle Giffords vertalyotla Arizona Universitetinin tibbi mərkəzinə gətirilib. Həkimlər onun həyata qaytarılması barədə ehtiyatlı optimizmlə çıxış edirlər.

40 yaşlı Gabrielle Giffords «Konqres sizin küçənizdə!» şüarı ilə seçicilərlə mütəmadi görüşürlər keçirirdi.

Polisin məlumatına görə, Gabrielle Giffords daxil olmaqla 13 nəfər yaralanıb. Atəş açan silahın xəzinəsini tam boşaldandan sonra silahı ikinci dəfə dolduranda yaxınlıqdakı şəxslər onu zərərsizləşdirib.

Yerli media onun 22 yaşlı Jared Loughner olduğun bildirir. O hazırda həbsdədir. Əyalət şerifi Clarence Dupnik
Jared Loughner
şübhəli şəxsin kimliyini açıqlamayıb. Onu deyib ki, o çox problemli şəxsdir:

ONUN PROBLEMLİ KEÇMİŞİ OLUB

«Cinayət vaxtı iki cəsur vətəndaş şübhəlini zərərsizləşdirib. Bu ağdərilidir, 22 yaşı var. İndi biz onun adını açıqlaya bilmərik. Onun problemli keçmişi olub. Ancaq əmin deyilik ki, o tək olub. Bəzi məsələlərə görə, o hadisə yerinə başqa şəxslərlə birlikdə gəlib».

Jared Loughner internetdə hökumətə qarşı qəzəb və nifrət dolu çıxışları ilə tanınır. Onun orduya yazlmaq istədiyi, ancaq müraciətinin qəbul edilmədiyi də bildirilir. Onun YouTube videopaylaşma səhifəsində sevimli kitabları arasında Hitlerin «Mein Kamp» və Marksla Engelsin «Kommunist manifesti» adlı kitablar da yer alıb.

HƏDƏF GABRİELLE GİFFORDS OLUB

Şerif Dupnik hadisənin motivinin bəlli olmadığını bildirsə də, onu da deyib ki, güman ki, hədəf Gabrielle Giffords olub.

Demokrta Gabrielle Giffords noyabrda Konqresə keçirilmiş seçkilərdə öz yerini şox çətinliklə qoruya bilmişdi. Alyaskanın sabiq qubernatoru, mühafizəkar respublikaçı Sarah Palin istefaya göndərilməli olan şəxslərin siyahısında Gabrielle Giffords-u birinci sıraya qoymuşdu. O «Facebook»dakı səhifəsində hadisənin qurbanlarına dəstəyini də ifadə edib.

Son məlumatlara görə, başından güllə yarası almış Gabrielle Giffords süni koma vəziyyətindədir.

/Sayta hazırladı: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG