Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:37

İran İsrailə bağlı casus şəbəkəsini tutuduğunu bildirir


İran İsrailin Mossad kəşfiyyat xidmətinə bağlı bir şəbəkəni ələ keçirdiyini bildirib. Yanvarın 10-da İran kəşfiyyatı “casus və terrorçu” şəbəkəsi kimi təqdim etdiyi bu qrupu keçən il Tehran Universitetinin Masud Əli-Məhəmmədi adlı nüvə fizikası sahəsində alimini qətlə yetirməkdə ittiham edir.

Keçən ilin noyabrında İranda daha iki nüvə alimi bomba partlayışlarında həlak olmuşdu. Bundan bir neçə gün sonra İran həmin hadisəyə görə Britaniya, ABŞ və İsrailə bağlı bir neçə adamı həbs etdiyini bildirib.

Tehran hesab edir ki, bu qətllərlə onun dinc məqsədli nüvə proqramını dayandırmaq istəyirlər. Qərbdə isə İranın bu proqramla nüvə silahı yaratmaq istədiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG