Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:42

Cangüdəni qubernatoru din xatirinə öldürdüyünü deyir


Pakistanda Pincab əyalətinin qubernatorunu qətlə yetirən cangüdəni bu işi din xatirinə etdiyini deyir. Cangüdən Malik Mumtaz Hussain Qadri yanvarın 10-da çıxarıldığı məhkəmədə bildirib ki, qubernator islamı təhqir edənlərin ölümə məhkum edilməsi barədə qanunun ləğvini istəyirdi.

Hakim partiya isə hesab edir ki, qubernator Salman Taseeri öldürənlərin dairəsi daha genişdir.

Pakistanda isə bir çoxları Qadrini qəhrəman sayır. Bazar günü Karaçidə 50 000-ə yaxın adam mitinq keçirərərk onu müdafiə etdiklərini bildirib, islamın təhqir edilməsinə görə cəzaların qanundan götürülməsi təkliflərinə etiraz ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG