Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:44

ABŞ-la Çin hərbi əlaqələri bərpa edir


ABŞ-ın Müdafiə naziri Robert Qeyts bildirib ki, Çinlə daha sıx hərbi əlaqələr qurulmalıdır. Çünki bu yolla iki ölkə arasında yanlış anlaşma riskləri də aradan qalxa bilər. Bu barədə o, yanvarın 10-da Pekində Çinin Müdafiə naziri Liang Guanglie ilə görüşdən sonra bildirib:

- Bizim ünsiyyətin kəsilməməsi, yanlış anlaşmaların aradan qaldırılması barədə çox ciddi razılaşmamız var. Hər hansı siyasi dəyişiklikdən asılı olmayaraq hərbçilər arasında əlaqələrin möhkəmliyi çox mühümdür.

ABŞ-ın Tayvana 6.4 milyard dollarlıq silah satması ilə bağlı anlaşmaya görə Vaşinqtonla Pekin arasında hərbi əməkdalıq keçən ildən dondurulmuşdu.

Çinin Müdafiə naziri bu gün həmçinin bildirib ki, ölkəsinin müdafiə sahəsinə xərcləri artırmasına baxmayaraq, ordunun müasir texnologiyalar sarıdan təchizatı hələ də azı on il geridə qalır. Ona görə də Çin ordusunun müasirləşdirilməsi dünya üçün təhlükəli deyil.

Yanvarın 19-da Çinin prezidenti Hu Cintau da ABŞ-a səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG