Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Elmar Məmmədyarov Küveytə gedib


Yanvarın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Küveytə yola düşüb. Nümayəndə heyəti Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının işində iştirak edəcək.

Xarici İşlət Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, iki günlük səfər çərçivəsində E.Məmmədyarov Küveytin vəliəhdi Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveytin baş naziri Şeyx Nasser Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə də görüşəcək.

Azərbaycan-Küveyt Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair birgə mətbuat konfransının keçirilməsi və nazir E.Məmmədyarovun Küveytin “Ər-Ray” qəzetinə, “Sabah” televiziya kanalına müsahibə verməsi də planlaşdırılıb.

Nümayəndə heyəti yanvarın 11-də Azərbaycana dönəcək.
XS
SM
MD
LG