Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

ADNA işi ilə bağlı məhkəmə təxirə salınıb


“Bizim vəsatətimiz bu dəfə də təmin edilməsə, ağzımızı tikib aclıq aksiyasına başlayacağıq”.
Bu fikirləri yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində Dövlət Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlərdən biri, Cavidan Əmirov bildirib.

Hakim məhkəmə tərkibinə etiraz edib-etməmələri ilə bağlı prosesdə iştirak edən zərərçəkmişlərə müraciət edib. Zərərçəkənlər məhkəmə tərkibinə etiraz etmədiklərini bildirdilər. Bundan sonra ittiham olunanlarla zərərçəkənlər arasında mübahisə yaranıb. Mübahisəni sakitləşdirmək mümkün olmadığından təqsirləndirilənlər məhkəmə zalından çıxarılıb.

Hakim prosesin yanvarın 12-si saat 15:00-ə qədər təxirə salındığını bildirib.

2009-cu il aprelin 30-da ADNA-nın ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Əsədov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinə qədər qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açmışdı. 12 nəfər ölmüşdü, 13 nəfər yaralanmışdı. Hadisəni törədən özünü də güllələyib öldürmüşdü.

Bu hadisə ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Nadir Əliyevi, Cavidan Amirovu, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG