Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub


Ağstafa rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Məntəqədə operator işləyən şəxs qətilə yetirilib.

Ağstafa rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 10-da gecə saat 2 radələrində rayonun Qırılı kəndində baş verib. Rayon sakini Mayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsinə avtomat silahla silahlanmış bir qrup şəxs basqın edib. Orada operator işləyən Ağstafa rayon sakini 1977-ci il təvəllüdlü Məmməd Məmmədovun başından güllələyiblər. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Cinayəti törədənlər isə hadisə yerindən qaçıblar. Onlar yanacaqdoldurma məntəqəsindən pul götürməyiblər.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparırlar

Günün bütün mövzuları

XS
SM
MD
LG