Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

İslam Partiyasının daha bir fəalı tutulub


Yanvarın 9-da axşam saatlarında İslam Partiyasının mətbuat katibi Akif Heydərli də polis tərəfindən saxlanılıb. Bu haqda AzadlıqRadiosuna İslam Partiyası Baş Məclisinin üzvü Hacı İnqilab Əhədli məlumat verib. O deyib ki, bu haqda Akif Heydərlinin ailəsindən məlumat verilib. Həbsin səbəbləri bilinmir:

İnqilab Əhədli bu gün həbs olunan İslam Partiyası fəallarına vəkil tutulması məsələsinin də müzakirə olunacağını bildirib.

Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov yanvarın 7-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar polisə tabe olmamaqda ittiham olunaraq 10 sutka azadlıqdan məhrum ediliblər. Partiya sədri Möhsün Səmədovun nədə ittiham olunduğu bilinmir.

Sülh və Demokratiya İnstitutu İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı ittihamları söz və fikir azadlığının boğulması kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG