Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:07

İranda qəzaya uğramış təyyarədə ölənlərin sayı 77-yə çatıb


Bazar günü İran Hava Yollarına məxsus “Boeng-727” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. 26 nəfər yaralanıb, 1 nəfər itkin düşüb. Təyyarədə 106 sərnişin olub.

Tehrandan Urmiyəyə uçan təyyarə enişə az qalmış Urmiyə şəhəri yaxınlığında qəzaya düşüb. Televiziya ilə göstərilən kadrlarda təyyarənin üç hissəyə parçalanıb qara batdığı görünür.

ABŞ istehsalı olan bu təyyarənin İrana 1974-cü ildə gətirildiyi bildirilir. İranın Nəqliyyat Naziri bildirib ki, prezident Əhmədinejad qəzanın səbəblərinin dərhal araşdırlmasına göstəriş verib. Nazir bildirir ki, ilkin ehtimala görə səbəb qatı dumana görə görü. Məsafəsinin daralmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG