Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

Həbs edilənlərin sayı 6-ya çatdı


Yanvarın 10-da İslam Partiyasının iki təəssübkeşi də həbs olunub. Bu barədə AzadlıqRadiosuna İslam Partiyasından məlumat veriblər.

Partiya Baş Məclisinin üzvü İnqilab Əhədlinin sözlərinə görə, həbs edilənlər Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənovdur. Hər iki şəxs polisə müqavimətdə ittiham olunur.

İnqilab Əhədlinin dediyinə görə, iki təəssübkeşdən başqa partiya sədri də daxil olmaqla indiyə qədər həbs olunan partiya üzvlərinin sayı altı nəfərdir.

Həbs olunanlarla bağlı İslam Partiyasında müdafiə komitəsi yaradılıb.

Daxili İşlər Nazirliyində isə partiya sədrindən başqa digər həbslərlə bağlı məlumatları təstiqləmirlər. Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini Ehsan Zahidov: “Məndə o barədə məlumat yoxdur. Həbs olunan İslam Partiyasının sədridir ki, onun da barəsində məlumat vermişik”.

Yanvarın 7-də İslam Partiyasının sədri Mövsüm Səmədov, daha sonra isə onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov, AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov və partiyanın mətbuat katibi Akif Heydərli həbs edilib.

İnqilab Əhədlinin dediyinə görə, həbs edilən partiya üzvlərinin bir neçəsi haqqında Binəqədi rayon Məhkəməsi 5 sutkadan 10 sutkaya qədər inzibati həbs qərarı versə də, partiya sədri və mətbuat katibinin hara aparıldığı və harda saxlandığı onlara bəlli deyil.

***

Yanvarın 9-da axşam saatlarında İslam Partiyasının mətbuat katibi Akif Heydərli də polis tərəfindən saxlanılıb. Bu haqda AzadlıqRadiosuna İslam Partiyası Baş Məclisinin üzvü Hacı İnqilab Əhədli məlumat verib. O deyib ki, bu haqda Akif Heydərlinin ailəsindən məlumat verilib. Həbsin səbəbləri bilinmir:

İnqilab Əhədli bu gün həbs olunan İslam Partiyası fəallarına vəkil tutulması məsələsinin də müzakirə olunacağını bildirib.

Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov yanvarın 7-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar polisə tabe olmamaqda ittiham olunaraq 10 sutka azadlıqdan məhrum ediliblər. Partiya sədri Möhsün Səmədovun nədə ittiham olunduğu bilinmir.


Yanvarın 9-da Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Yasamal polisi tərəfindən saxlanıb, məhkəməyə gətirilib, sonra isə azad edilib.


Yanvarın 10-da isə Suraxanı Rayon Polisi daha iki dindarı həbs edib. Onların hər ikisi polisə müqavimət göstərməkdə təqsirli bilinir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG