Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:21

İranda təyyarəsi qəzaya uğrayıb, 72 nəfər ölüb


İran Hava Yollarına məxsus “Boeng-727” sərnişin təyyarəsi qəzaya uğrayıb. 72 nəfər ölüb, 33 nəfər yaralanıb. 12 ekipaj üzvünün hamısı ölüb. Yaralılardan 10-u ağır vəziyyətdədir. Təyyarədə 100-dən artıq sərnişin olub.

İran Air-ə məxsus təyyarə Tehrandan Urmiyəyə gedirmiş. Təyyarə enişə az qalmış Urmiyə şəhəri yaxınlığında qəzaya düşərək iki yerə parçalanıb.

Qəzanın səbəbləri haqqında məlumat verilmir. Təkcə o məlumdur ki, uçuş vaxtı hava çox əlverişsiz olub.
XS
SM
MD
LG