Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:26

«Xalq düşmənlərinə aman yoxdur»


Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

“Ədəbiyyat” qəzetinin 1938 –ci il sayında aşağıdakı məqalə yer alır.

Xalq düşmənlərinə aman yoxdur

"Azərbaycan keçmişdə qanlı çarın koloniyası olan, xanların, bəylərin mülkədarların və qolçomaqların hədsiz zülmü altında əzilən Azərbaycan, indi böyük Sovet İttifaqımızın qabaqcıl respublikalarından birinə çevrilmişdir. Azərbaycanın yalnız sənaye mərkəzləri deyil, ən uzaq guşələri belə tanınmaz olmuşdur.

Bu uzaq guşələrdən biri də Qonaqkənd rayonudur. Azərbaycanda Sovet hakimiyyəti qurulanadək bəylərin, mülkədar-heyvandarların və müsavat banditlərinin yuvası olan, çarxlı araba nə olduğunu bilməyən və əməkçi əhalisinin dərisi soyulan Qonaqkənd rayonunda indi şose yollar salınmış, atla keçilməsi çətin olan yollarda sovet maşınları gurlamağa başlamış, məktəblər, xəstəxanalar tikilmiş, uşaq bağçaları açılmış, radio, telefon çəkilmiş, bir sözlə qalib kolxoz quruluşu bu “uzaq guşənin” də simasını tamamilə dəyişdirmişdir.

Xalq düşmənlərini, trotskist-buxarinçi, müsavatçı banditləri qızışdıran da budur. Onlar Azərbaycanda sovet hakimiyyətini yıxmaq, mülkədar, xan, bəy və kapitalist hakimiyyətini bərpa etmək üçün çalışırlardı.

Bu banditlərin bir dəstəsi də Qonaqkənddə özünə yuva qayırmış, üzlərinə maska taxaraq rəhbər vəzifələrə soxula bilmiş, kolxozları dağıtmaq, kolxozçuların varlı, şən, qultur həyatını pozmaq, beləliklə də Sovet hakimiyyətinə qarşı əməkçilər arasında narazılıq törətmək üçün, heç bir alçaqlıqdan çəkinməmişlər.

Aktiv pay adı verib, müxtəlif produktlar yığıb...

Qonaqkənd rayonundakı qontrrevolusion trotskist-müsavatçı qrupun təşkilatçısı və rəhbəri - xalq düşməni Cəfərov olmuşdur. O, tutduğu mövqeyindən və rayondakı partiya və sovet aktivinin sayıqsızlığından istifadə edərək, sosialist heyvandarlığının inkişafını pozmaq və kolxozları dağıtmaq məqsədi ilə kolxozların mal-qarasını qəsdən artıq göstərmiş, sonra da yun təəhhüdünü artırmışdır ki, kolxozçular arasında sovet hakimiyyətinə qarşı narazılıq və hiddət əmələ gəlsin. O, kolxoz demokratiyasını təhrif etmiş, kənd-təsərrüfat artelinin Stalin ustavını pozmuş, kolxozçuların yığıncaqlarında anti-sovet agitasiya aparmış, dövlət aktı ilə kolxozlara təhkim edilmiş yerləri kəsib öz əlaltılarına paylamış, kolxozçuların əmək günlərini azaltmış və kolxozçulardan qanunsuz vergilər yığdırmışdır.

Düşmənlərin külünü göyə sovuracağıq

Bu alçaq bütün bunlarla da kifayətlənməmiş, rüşvətxorluqla, “aktiv pay” adı verərək kolxozlardan müxtəlif produktlar yığmaqla, yəni tam bir quldur kimi kolxozçuları və əməkçi kəndliləri soymaqla da məşğul olmuşdur. Cəfərovun ən yaxın silahdaşları Səfərəliyev və Qasımov dəxi öz “rəhbərlərindən” geridə qalmamışlar. Bunlar kolxozları dağıtmağa çalışmaq işində və əməkçiləri soymaqda Cəfərovun sağ əli olmuşlar. Səfərəliyev kolxoz tikintilərini və kolxozçuların evlərini quldurcasına dağıdaraq özü üçün ev də tikdirmişdir.

Sosialist fütuhatımıza qəsd etmək istəyən düşmənlərin külünü göyə sovuracağıq. Qoy, bunu hələ maska altında gizlənməyə çalışan trotskisr-buxarinçi, müsavatçı, daşnak banditlərin tör-töküntüləri bir daha bilsinlər".

Məqalədə adı çəkilən şəxslərin məhkəmə prosesi barədə gələn sayda xəbər tutacaqsınız.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG