Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Milli Kitab Müsabiqəsinin ekspertləri müəyyənləşdi


Milli.Az xəbər portalı bildirir ki, toplantının keçirilməsində məqsəd, əsərlərin dəyərləndirilmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul edilməsi idi.

Toplantı ilə bağlı MKM-in təsisçisi Nigar Köçərli jurnalistlərə məlumatında bildirib ki, ekspertlərin adlarının açıqlanması fəaliyyətdə şəffaflıq prinsipinə əməl etməkdir:

“Keçən il ekspertlərin adlarını gizli saxlamışdıq. Bununla da onların kənar təzyiqlərə məruz qalmaq ehtimalını sıfıra endirmişdik. İndi isə prosesin aşkarlıq şəraitində aparılması MKM-in nüfuzunu daha da artıracaq.

Bunun üçün də ekspertlərlə birgə qərara gəldik ki, onların adları ictimaiyyətə açıqlansın”.

Qeyd edək ki, ekspertlər şurası 6 nəfərdən ibarətdir. Şura üzvlərinin kimliyinə gəlincə, tənqidçi, filoloq Elnarə Tofiqqızı, şair, tərcüməçi Mahir Qarayev, tənqidçi, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, yazıçı, tərçüməçı Yaşar, köşə yazarı Qan Tural və yazar Zahir Əzəmətdir.

N. Köçərlinin sözlərinə görə, bu il münsif üzvləri də səslərini açıq formada bildirəcəklər.

Əsərlərin qəbulu yanvarın 10-dək davam edir. Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunur. I yerin sahibi 3000 (üç min), II yer 2000 (iki min), III yerin qalibi isə 1000 (min manat) pul mükafatı ilə təltif olunacaq.

S.Babayeva
Milli.Az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG