Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:36

Meksikada 15 başsız cəsəd tapılıb


Meksikanın məşhur Akapulko kurort şəhərində Sakit okeanın sahilindən 15 başsız cəsəd tapılıb.

Qerrero ştatının hüquq mühavizə orqanları onların 25-30 yaş arasında olduqlarını bildirib.

İstintaq onların qətlinin narkotik alveri ilə məşğul olan müxtəlif qruplar arasındakı ədavətlə bağlı olduğunu deyir.

2006-cı ildə Meksika hökuməti cinayətkar qruplara qarşı qəti mübarizəyə başladığını elan etdikdən bu yana ölkədə 30 mindən çox adam qətlə yetirilib.
XS
SM
MD
LG