Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Arizona ştatından olan konqresmen güllələnib


ABŞ polisi Arizona ştatında konqresmen Qabriel Qiffords və onun tərəfdarlarına edilmiş hücumu araşdırır.

Hücum nəticəsində 6 adam ölüb, konqresmen də daxil olmaqla, 13 nəfər yaralanıb.

Qabriel Qiffordsun vəziyyəti ağırdır.

Onları atəşə tutan 22 yaşlı Cered Li Lafner həbs edilib.

Məlumatlara görə o, əvvəllər mühakimə olunub.

Ruh düşgünlüyündən əziyyət çəksə də psixoloji diaqnozu yoxdur.

Polis hesab edir ki, o təkbaşına hərəkət etməyib.

Cered Li Lafner ifadə verməkdən imtina edib.

40 yaşlı konqresmen Qabriel Qiffords Demokrat partiyasının üzvüdür.

Hadisə o, Tuson şəhərində seçiciləri ilə görüşərkən baş verib.
XS
SM
MD
LG