Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Bakının mərkəzindəki kasıblar ağır şərtlə üzləşə bilər


Bakının mərkəzindəki tarixi yaşayış binalarının hərraca çıxarılması təklif olunub.

“Böyük Bakının Regional İnkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı APA-ya bildirib ki, təklifdə həmin binalardakı mənzillərin hərraca çıxarılması və yeni sakinlər tərəfindən abadlaşdırılması, indiki sakinlərin isə başqa ərazilərdə evlə təmin olunması nəzərdə tutulur.

Novruz Eldarlı bildirib ki, əsas məqsəd həmin binaların tamamilə abadlaşdırmaqdır: “Bunlar sovet dövrünün nəticələridir ki, belə bahalı - mərkəzi ərazilərdə yerləşən binalarda imkansız insanlar yaşayırlar.

Nəticədə də həmin adamlar bu tarixi binalara baxa bilmirlər.

Bəzi binaların sakinləri hətta evin girişini lazımi səliqədə saxlaya bilmir və nəticədə həmin memarlıq abidələri sökülür.

Ona görə də həmin şəxslər ya kifayət qədər kompensasiya ödəmək və ya uyğun mənzillə təmin olunmaqla başqa yerlərə köçürülməlidir.

Evdən çıxmaq istəməyənlərin qarşısına isə binaların abadlaşdırılması və yaxşı vəziyyətdə saxlanması ilə bağlı sərt tələblər qoyulmalıdır.

Binaları yaxşı vəziyyətdə saxlamaq üçün başqa yol yoxdur - bu dünya praktikasıdır.

Təkliflərdə tarixi və memarlıq abidələrinin arasında yerləşən daxmaların yerində küçələri və hündürlüyü pozmadan keyfiyyətli və yüksək memarlığa malik yeni binaların tikilməsi də nəzərdə tutulur.

Digər təklifdə isə Nərimanov və Azərbaycan prospektləri arasındakı yaşayış binalarının abadlaşdırılması və həmin ərazinin Bakının tarixi mərkəzi olan İçərişəhərin ətrafına birləşdirilməsi nəzərdə tutulur. ” deyə o, vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG