Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:09

İran 40 kq zənginləşdirilmiş uran ehtiyatı olduğunu deyir


İran uran ehtiyatını artırdığını və daha yüksək səviyyətə uran zənginləşdirməyə başladığını bildirib.

Bu barədə İran Atom Enerjisi Agentliyinin rəhbəri və eyni zamanda xarici işlər naziri Əli Əkbər Salehi məlumat verir.

O, hazırda İranın 20 faizə qədər zənginləşdirilmiş 40 kq uran ehtiyatı olduğunu deyir.
İran ötən ilin oktyabrında 30 kq uran ehtiyatı olduğunu bəyan eləmişdi.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir.

Bu ay İstanbulda İranla 6 aparıcı dünya ölkəsi arasında danışıqların növbəti mərhələsi gözlənilir.
XS
SM
MD
LG