Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Nemət Pənahlı barəsində cinayət işi açılıb


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı barəsində cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün bir nəfər şəxs nazirliyə zəng edərək Nəsimi rayonu Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun adlı şəxs tərəfindən döyülməsi barədə məlumat verib.

Məsələni araşdıran Nəsimi rayon Polis İdarəsi şikayətçini, Nemət Pənahlı və Ceyhun adlı həmin şəxsi 21-ci polis bölməsinə çağırıb.

Şikayətçi polis bölməsində əvvəlcə təhqir edildiyini, sonra isə dəmir dəyənək və yumruqla döyüldüyünü bildirib.

Hadisə ilə bağlı ekspertiza təyin olunub və Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG