Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Vergilər Nazirliyində kadr dəyişikliyi olub


Bakı şəhəri Vergilər Departamentinin rəisi dəyişdirilib.

Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə vergilər naziri müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bakı şəhəri Vergilər Departamenti xidmət etdiyi vergi ödəyicilərinin sayına görə Vergilər Nazirliyinin ən iri strukturudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG