Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

ABŞ xarici ölkələri Viki Liksdə adları çəkilən insanları təqib etməməyə çağırıb


Birləşmiş ştatlar xarici hökumətləri Viki Liksin yaydığı məxfi materiallarda informasiya mənbəyi kimi adları şəkilən insan haqları fəalları, jurnalistlər və digər şəxsləri təqib etməməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli çümə günü jurnalistlərə bildirib ki, Vaşinqton bir sıra ölkələrə xəbərdarlıq edib ki, bu insanlara qarşı mümkün repressiyalar, Birləşmiş Ştatlarla münasibətlərə mənfi təsir göstərəcək.

Amma o, konkret hansısa bir ölkənin adını çəkməyib və bildirib ki, əlavə məlumatlar
həmin insanları real təhlükə altında qoyar.
XS
SM
MD
LG