Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31
Təhsil Nazirliyi bugünlər başlayan qış imtahan sessiyası zamanı yarana biləcək şikayətlər üçün “Qaynar xətt” açıb. AzərTAc yanvarın 7-də xəbər verib ki, nazir ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə bununla bağlı xüsusi göstəriş də verib.

Həmin göstərişə əsasən onlar imtahanların qanun çərçivəsində keçirilməsini təmin etməli, imtahan qərargahı yaratmalı, həmin qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin “Qaynar xətt”inə dərhal məlumat verməli, imtahanlarda şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər.

Təhsil Nazirliyinin yaratdığı “Qaynar xətt” telefonu belədir: (012) 496 38 50 və 496 34 82. Bundan əlavə, imtahanda baş verən qanunsuzluqlarla bağlı qaynar-xett@edu.gov.az elektron ünvanına da məlumat vermək mümkündür.

Təhsil Nazirliyi son bir neçə ildə imtahanlarda belə “Qaynar xətt”lər yaratsa da mütəxəssislər bunun prosesə ciddi təsiri olmadığını deyirlər. Çünki Nazirlik anonim şikayətləri araşdırmır. Azərbaycanda isə qanunsuzluqdan şikayəti çox nadir hallarda kimsə öz adı ilə verir.

Şərhləri göstər

XS
SM
MD
LG