Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

XIN “Azərbaycan” qəzeti və AzərTAc-ın yazısına münasibət bildirib


“Azərbaycan-ABŞ əməkdaşlığı davam edir. Son dövrlər əlaqələrdə hər hansı dəyişiklik baş verməyib”.

Rəsmi dövlət mediasında “Azərbaycan” qəzeti və AzərTAc informasiya agentliyində ABŞ-ı sərt tənqid edən məqalələrə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Mətbuat katibi deyib ki, bu məqalələri Azərbaycan Respublikasının ABŞ-la bağlı rəsmi mövqeyi kimi qəbul etmək olmaz:

“AzərTAc dövlət mülkiyyətində olan agentlikdir, “Azərbaycan” qəzeti isə Milli Məclisin orqanıdır. Azərbaycan dövlətinin mövqeyini rəsmi dövlət orqanları ifadə edir - ilk növbədə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi. Konstitusiyaya görə, ölkənin xarici siyasətini prezident formalaşdırır və Xarici İşlər Nazirliyi onu icra edir. Lazım gələndə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi dövlətin rəsmi mövqeyini açıqlayır”.

“Bu məqalələr Azərbaycan-ABŞ əlaqələrinə mənfi təsir edə bilərmi” sualına XİN rəsmisi belə cavab verib: “Məsələni bu konteksdə şərh edə bilmərəm. Çünki məqalələr rəsmi mövqe və ya rəsmi şəxsin səsləndirdiyi bəyanat deyil”.

Elxan Poluxov qeyd edib ki, ayrı-ayrı şəxslərin, QHT-lərin və partiyaların son zamanlar ABŞ-ın ünvanına səsləndirdikləri tənqidi bəyanatları şərh edə bilməz: “Biz ictimai mövqeyə qiymət vermirik, dövlətin mövqeyini əks etdiririk”.

/Media forum/

Günün bütün mövzuları

XS
SM
MD
LG