Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30

Avropa Birliyi İranın dəvətini rədd edir


Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton bildirir ki, İranın nüvə zavodlarına baş çəkməklə bağlı Tehrandan gələn dəvəti rədd edir. O, “Reuters” agentliyinə bildirib ki, Avropa Birliyi bu dəfətdə pis bir şey görmür. Amma bu zavodlara Avropa Birliyi yox, Beynəlxalq Atom Enerjisi Agentliyi baş çəkməlidir.

Catherine Ashton həmçinin qeyd edir ki, bu dəvətlə bağlı qərarı Rusiya və Çinlə müzakirələrdən sonra verib.

Bu həftənin əvvəlində İran Beynəlxalq Atom Enerjisi Agentliyində qeydiyyatdan keçmiş bəzi xarici ölkələrin səfirlərini özünün nüvə zavodlarına baxmağa dəvət edib. Bəzi diplomatlar Tehranın bununla Böyük Altılığın onun nüvə proqramına dair planlaşdırlan görüşünü pozmaq istədiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG