Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:21

Almaniyada 4700 toyuq ferması bağlanıb


Almaniya hökuməti məhsullarında zəhərli dioksin maddəsi tapılması şübhəsi ilə 4700-dən çox toyuq fermasını müvəqqəti bağlayıb.

Kənd Təsərrüfatı naziri bu fermalarda dioksin maddəsi təhlükəsi tam aradan qalxana qədər onların bağlı olacağını bildirib.

Həmin maddə insanda xərçəng xəstəliyini sürətləndirir.

Avropa Birliyi məlumat verib ki, Almaniyadan dioksinlə çirkləndiyi guman edilən bir böyük yumurta yükü artıq Britaniyaya daxil olub. Amma Avropa Komissiyasının Səhiyyə qurumu bildirir ki, Almaniyada yumurtalarda aşkar edilən dioksinin insan sağlamlığı üçün ciddi risklər yaratdığını demək olmaz.

Günün bütün mövzuları

XS
SM
MD
LG