Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:35

Gəncədə poşt şöbələri işləmir


Gəncədə poçt şöbələri işləmir. Səbəb “Azərenerji” ASC-nin “Azərpoçt”-a verdiyi enerjini kəsməsidir.

Gəncə şəhər Regional Poçt Şöbəsinin rəisi Hüseyn Vəliyev bildirib ki, poçt şöbələrinə elektrik enerjisinin verilişinin dayandırılması müqavilənin bitməsi ilə bağlıdır. Artıq iki gündür ki, Gəncənin 22 poçt şöbəsinin 18-nin elektrik enerjisi dayandırılıb. Nəticədə dünən gün ərzində şöbələrin heç biri işləyə bilməyib.

Artıq iki gündür ki, elektrik enerjisinin ödənilməsi ancaq bir yerdə Gəncə şəhər Mərkəzi Poçtunda aparılır. Bu da vətəndaşların narazılığına səbəb olub. Mərkəzi poçtda növbələr yaranıb. Abunəçilər elektrik enerjisinin haqqının ödənilməsi üçün saatlarla gözləməli olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG