Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

Qazma işləri ilə bağlı yeni müqavilə imzalanıb


"KCA Deutag" Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi layihələrinin operatoru olan Britaniyanın BP şirkəti ilə Xəzər regionunda BP-nin bütün qazma işlərinin idarə edilməsi üçün müqavilə imzalayıb.

Bu barədə "KCA Deutag”-ın yaydığı məlumatda deyilir. Sonralar daha beş il uzadılma imkanına malik beş illik müqavilənin dünyada ən iri müqavilə olacağı güman edilir.

Müqavilə mərkəzi, şərqi və qərbi "Azəri", dərinsulu "Günəşli" yataqlarındakı platformalarda və "Şahdəniz" yatağındakı platformalarda qazma işlərinin aparılmasını və texniki xidmətin göstərilməsini nəzərdə tutur.

Bu layihələrdə "KCA Deutag" şirkətinin 700-ə yaxın işçisi fəaliyyət göstərir ki, onların 500-dən çoxu Azərbaycan vətəndaşıdır. "Çıraq" platformasındakı qazma qurğu KCA Deutag şirkətinə məxsusdur və VR-yə icarəyə verilir.

"KCA Deutag" Azərbaycandakı layihələrdə 1997-ci ildən iştirak etməyə başlayıb. Hazırda şirkət "Çıraq" yatağında 2013-cü il üçün planlaşdırılan növbəti platformanın quraşdırılmasının layihələndirilməsində iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG