Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18
"KCA Deutag" Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi layihələrinin operatoru olan Britaniyanın BP şirkəti ilə Xəzər regionunda BP-nin bütün qazma işlərinin idarə edilməsi üçün müqavilə imzalayıb.

Bu barədə "KCA Deutag”-ın yaydığı məlumatda deyilir. Sonralar daha beş il uzadılma imkanına malik beş illik müqavilənin dünyada ən iri müqavilə olacağı güman edilir.

Müqavilə mərkəzi, şərqi və qərbi "Azəri", dərinsulu "Günəşli" yataqlarındakı platformalarda və "Şahdəniz" yatağındakı platformalarda qazma işlərinin aparılmasını və texniki xidmətin göstərilməsini nəzərdə tutur.

Bu layihələrdə "KCA Deutag" şirkətinin 700-ə yaxın işçisi fəaliyyət göstərir ki, onların 500-dən çoxu Azərbaycan vətəndaşıdır. "Çıraq" platformasındakı qazma qurğu KCA Deutag şirkətinə məxsusdur və ВР-yə icarəyə verilir.

"KCA Deutag" Azərbaycandakı layihələrdə 1997-ci ildən iştirak etməyə başlayıb. Hazırda şirkət "Çıraq" yatağında 2013-cü il üçün planlaşdırılan növbəti platformanın quraşdırılmasının layihələndirilməsində iştirak edir.

"KCA Deutag" şirkətinin işlərinə eləcə də Böyük Britaniyada, Norveçdə, Xəzər dənizində və Saxalin adasındakı 32 platformadakı əməliyyatlar daxildir. Bundan əlavə "KCA Deutag" Anqoladakı CABGOC platformasında da əməliyyat aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG