Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

Venesuela Azərbaycandan neft ixracını 2 dəfə artıra bilər


Venesuela Azərbaycan vasitəsilə Belarusa neft ixracının həcmini 2 dəfə artıraraq ildə 10 milyon tona çatdırmaq fikrindədir.

APA-nın məlumatına görə, bunu Venesuelanın Belarusdakı səfiri Ameriko Dias Nunyes Minskdə keçirilmiş videobrifinqdə bildirib.

Venesuela ilə Belarus arasında imzalanmış müqavilədə, bu ölkədə çıxarılan «Santa-Barbara» markalı neftin əvəzində Belarusa eyni keyfiyyətli Azərbaycan neftinin göndərilməsi nəzərdə tutulur.

Belarus bu nefti Odessa-Brodı kəməriylə alacaq və Azərbaycana yalnız nəql xərclərini ödəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG