Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

«WikiLeaks» «Qazprom» məktublarını yaydı


“QAZPROM” SOVETLƏRİN QAZ NAZİRLİYİ KİMİ İDARƏ EDİLİR

WikiLeaks Rusiyanın qaz nəhəngi “Qazprom”la bağlı iddialı niyyələtr və korrupsiya gerçəklərindən bəhs edən növbəti gizli məktubları yayıb. Həmin məktubları Almaniyanın “Der Spiegel” dərgisi yayıb.

“Reuters” agentliyi yazır ki, Rusiya liderləri “Qazprom”dan 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Moskvanın itirdiyi beynəlxalq mövqelərini özünə qaytarmaq üçün bir vasitə kimi istifadə etmək istəyirlər. Amma ABŞ-ın Moskvadakı keçmiş səfiri John Beyrle Rusiyanın bu nəhəng şirkətini sadəcə olaraq başını itirmiş korrupsiya begemotu kimi təsvir edir və qeyd edir ki, o hələ də özünü Sovet İttifaqının Qaz Nazirliyi kimi aparır.

Almaniyanın “Der Spiegel” dərgisinin internet səhifəsində yayılan həmin gizli məktublarından birində səfir 2009-cu ildə Moskvadan yazır: “Qazprom dövlətdən monopolist hüquqlar gözləyən, olduqca zəngin sərvətlər üstündə oturan, qeyri-məhsuldar, siyasi maraqlarla idarə edilən və korrupsiyalaşmış bir qurumdur.”

AVROPA MAYE QAZA MEYLLƏNİR

“Reuters” qeyd edir ki, Avropa Birliyinin təbii qaza tələbatının dörddə-birini verən “Qazprom”un bu bazarla bağlı yanlış planlarda tökməsi haqıda mütəxəssislərin rəyləri ABŞ səfirinin məktubunda da təsdiqlənib. Belə ki, təhlilçilərə görə 2009-cu ildən bəri Avropa qlobal böhrana görə qaz istehlakını kəskin azaldır. Üstəlik, avropalılar maye qaza daha çox meyl etməyə başlayırlar. Yaxın Şərq ölkələri ixrac etdikləri maye qazın qiymətində “Qazprom”a baxanda daha mülayimdirlər.

Bu qənaət ABŞ səfirinin Moskvadan göndərdiyi məktubda da təxminən eynən qeyd edilir: “Qazprom” sadəcə olaraq, Avropanın qaza tələbatının kəskin azalmasına hazır deyil. Qatar və başqa ölkələr Avropayamaye qaz ixrac etməyi planlaşdırırlar. “Qazprom” da tezliklə Avropaya çıxarılacaq iri həcmdə maye qazın bazarda yaratdığı reallıqlarla çarpışmalı olacaq”.

“QAZPROM”UN TƏK BƏLASI – SOVET DÜŞÜNCƏ TƏRZİ

Belorusda Milli Gənclər Birliyi Moskva ilə qaz Minskin qaz mübahisəsi zamanı ölkələrini dəstəkləmək üçün "Qazprom"a humanitar yardım" aksiyası keçirir.
Səfir Beyrle görə bu şirkət hələ də Kremlin bir sosial siyasət aləti kimi nəzərdən keçirilir. O, şirkətin rəhbərlərindən birinin belə bir fikrini sitat gətirərək yazır: “Şirkətin rəsmilərindən biri deyir ki, Qazpromun birinci dərəcəli vəzifəsi yerli istehlakçılara münasib qiymətlərə etibarlıq qaz çatdırmaq və özünün sosial öhdəliklərini icra etməkdir.

Əgər “Qazprom” qlobal rəqabətə uyğun davransa, bəlkə də inkişaf üçün buna uyğun bir yol tapardı. Amma dünyanın ən böyük təbii ehtiyyatları əlində olsa da o, rəqabət qabiliyyətli beynəlxalq şirkət deyil. “Qazprom” sadəcə olaraq Sovet İttifaqı Qaz Nazirliyinin varisidir və hələ də həmin Nazirlik idarə olunan qaydada idarə edilir.”



İKİ İLƏ 200 MİLYARD DOLLAR UCUZLAŞAN ŞİRKƏT

Təhlilçilər "Qazprom"un direktoru Aleksey Millerin Avropa bazarı hesabında yanıla biləcəyini deyirlər.
Buna əlavə olaraq “Reuters” də qeyd edir ki, dövlətin nəzarətində olan “Qazprom” yenidən canlanan Rusiyanın simvoluna çevrilib. Amma dünyanı bürüyən maliyyə böhranı bu şirkətə də zərbə vurub. Onun əmlakının dəyəri cəmi 150 milyard dollardır. Halbuki 2008-ci ildə bu, 350 milyard dollaq idi.

WikiLeaks saytı artıq bir neçə aydır ki, dünyanın müxtəlif ölkələrindən ABŞ diplomatlarının öz rəhbərlərinə göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır. ABŞ bu sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib. Bu məktublarda diplomatlar işlədikləri ölkələrin liderləri haqqında mülahizələrini, bəzən ittihamlarını qeyd edirlər.

Dövlət katibi artıq həmin məktubların yayılmasına görə müttəfiq ölkələrin, o cümlədən Azərbaycanın prezidenti ilə danışaraq təəssüfləndiyini çatdırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG