Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:48

İran casusluq ittihamı ilə ABŞ vətəndaşı qadını saxlayıb


Tehran amerikalı qadını casusluq ittihamı ilə həbs edib. “İran” adlı dövlət qəzetinin məlumatına görə Hall Talayan adlı 55 yaşlı qadın Ermənistandan İrana vizasız keçərkən saxlanıb. İran xüsusi xidmət orqanları qadının casusluq üçün istifadə edilən aləti (bəzi informasiya agentlikləri bunun mikrofon olduğunu yazırlar) dişində gizlətdiyini bildiriblər.

Qəzeti qadının həbs edildiyi tarixi qeyd etmir. Amma “Fars” informasiya agentliyi isə İranın təhlükəsizlik qüvvələrinə istinadla məlumat verir ki, o, keçən həftə Ermənistanla sərhəddə Nordouz sərhəd keçid məntəqəsində tutulduğunu yazır. Bu agentlik həmçinin yazır ki, tutulan qadın Ermənistana qaytarılarsa, təhlükəsizlik qüvvələrinin onu öldürə biləcəyini deyir.

Hələlik Tehrandan rəsmilər bu barədə xəbərə şərh vermirlər. ABŞ-dan da xəbərə indilik bir reaksiya yoxdur.

Bu, iranın saxladığı üçüncü ABŞ vətəndaşıdır. 2009-cu ilin iyul ayında da biri qadın, ikisi kişi olan daha üç ABŞ vətəndaşı da casusluq ittihamı ilə tutulub. İran onları İraqdan bu ölkəyə girərkən saxladığını bildirir. ABŞ və tutulanların ailələri casusluq ittihamını rədd edirlər. Onlar bildirilərlə ki, bu adamlar sadəcə olaraq səyyahdırlar, bilməyərəkdən İraqla İranın sərhədini keçiblər.

Tehran o zaman saxlanmış Sarah Shourd adlı qadını bu ilin sentyabrında 500 000 dollar girov əvəzinə azad edib. Qalan iki kişinin isə gələn ay məhkəmələri gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG