Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:38
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl kanalları milli mənəvi dəyərlərə zidd verilişlər yayımlamamağa çağırıb.

“Şuranın özəl kanalların yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur, lakin hər bir televiziya kanalı cəmiyyətin maarifləndirilməsi mövzusunda verilişlər təqdim etməlidir”.

Bunu “Trend”ə 2010-cu ilin yekunlarına dair müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, Şura mütəmadi olaraq televiziya kanallarına bu xarakterli tövsiyələr verir.

Azərbaycanın ATV telekanalında son vaxtlar bir sıra şou xarakterli verilişlər – “Onun yarısı”, “Sən tək deyilsən”, “ATV Maqazin”, “Ulduz oldun” verilişlərinin yayımı dayandırılıb.

Məhərrəmli deyib ki, Şura özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlamaq niyyətindədir. Səlahiyyətlər qanunverici bazaya edilən dəyişikliklər əsasında həyata keçirilə bilər.

“2010-cu ildə həm də özəl televiziya kanallarında Azərbaycanın milli mənəvi dəyərləri ilə bağlı verilişlər narahatlıq doğuran formada inkişaf edib, şou xarakterli verilişlərin sayı artıb və MTRŞ də bundan narahatdır. Azərbaycanın tarixinə, ədəbiyyatına aid maarifləndirici verilişlərin bu cür kanallarda az olması bu gün narahatedici faktorlardandır”, - Məhərrəmli bildirib.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziya kanalı var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG