Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

ABŞ körfəzdəki qəzaya görə BP-ni günahlandırır


ABŞ prezidentinin yanındakı ekspert komissiyası belə qənaətə gəlib ki, BP və onun ortaqlarının daima vəsaitə qənaət etmələri Meksika körfəzində qəzayla nəticələnib.

Qeyd edək ki, ötən ilin yanvarında Meksika körfəzindəki neft platformasında baş vermiş partlayış və yanğında 11 adam ölüb və bir neçə ay ərzində körfəzə milyon tonlarla neft axıb.

Yekun hesabatda qeyd olunur ki, BP və onun ortaqları olan “Haliburton” və “Transocean” şirkətlərinin qəbul etdikləri qərarlar onlara xeyli vaxt və vəsait qazandırsa da bu cür insidentlərin riskini daha da artırıb.

Komissiya xəbərdarlıq edir ki, neft sənayesi və hökumət siyasəti sahəsində əhəmiyyətli islahatlar aparılmasa, gələcəkdə bu cür faciələr bir də baş verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG