Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Azərbaycanın pravoslavları Milad Bayramını qeyd edir


Pravoslavları Milad Bayramını qeyd edir

Pravoslavları Milad Bayramını qeyd edir

Yanvarın 6-dan 7-nə keçən gecə pravoslavlar Milad Bayramını qeyd edir. Xristianlıqda əsas bayramlardan biri hesab olunan Miladda ənənəyə uyğun olaraq İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Bu günlə əlaqədar prezident İlham Əliyev Azərbaycanın pravoslav icmasını təbrik edib.

Prezident Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqların həmişə əmin-amanlıq içində yaşadığını bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanda səmavi dinlər əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib:

Bakıdakı rus pravoslav kilsələrində də bayram hazırlıqları gedir. «Jyor-Mironosiç adına kafedral kilsə»nin ətrafına isə artıq səhərdən qələbəlik var. Bəziləri kilsə yaxınlığındakı skamyada əyləşərək dilənir, digərləri isə kilsəyə girərək şam yandırır, dualar oxuyur.

Skamyada əyləşən, əynindən-başından yoxsulluq yağan yaşlı qadınlar ürək sözlərini bölüşür:

- İsa Məsihin doğum günü bütün Azərbaycan xalqına tərəqqi, inkişaf arzulayıram. İlham Əliyev, Mehriban Əliyevaya görə şükürlər olsun ac qalmırıq. Bu gün biz kilsədə qalacağıq. Sabah isə plov, dolma hazırlamaq olar. Necə olsa da biz Azərbaycanda yaşayırıq və rus mətbəxindən çox Azərbaycan mətbəxinə yaxınıq.

- Arzulayıram ki, öz mənzilim olsun. Təkcə özümə deyil, elə sizə də xoşbəxtlik, səadət arzulayıram.

- İsa peyğəmbərin doğulduğu gün bizim üçün ən işıqlı, ən müqəddəs gündür.

Milad Bayramı ilə əlaqədar kilsədə əsas dini mərasim bu gecə saat 23.30-da başlayacaq və səhər saatlarına qədər davam edəcək.




Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG