Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Qəbələ RLS-də törədilmiş qətllə bağlı istintaq başlanıb


Azərbaycanın Hərbi Prokurorluğunda Qəbələ Radiolokasiya Stansiyasında rusiyalı zabitin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya açıqlamasında hərbi prokurorun müavini Şəfahət İmranov məlumat verib.

Şəfahət İmranov istintaq sirri olduğundan qətlin təfərrüatı barədə açıqlama verməyib.

Hərbi Prokurorluğunun əməkdaşları hazırda Qəbələ rayonundadırlar.

Həmçinin Rusiya hüquq mühavizə orqanlarının Qəbələyə xüsusi mütəxəssislər göndərəcəyi gözlənilir.
X
atırladaq ki, Qəbələ Radiolokasiya Stansiyasında xidmət edən 47 yaşlı zabit mayor Sergey Qraçov yanvarın 2-də hərbçi yoldaşı tərəfindən qətlə yetirilib.

Qətli törədən şəxs saxlansa da hələlik adı açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG