Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:15

Gəncədə 400-ə yaxın narkoman var


Onların əksəriyyətini gənclər təşkil edir.

Gəncə şəhər Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılovun verdiyi məlumata görə, hər il qeydiyyata düşənlərin sayı artır.

Ötən il dispanserdə qeydiyyata düşən 30 nəfərin 23-ü 25-30 yaşlarındadır. Ümumilikdə qeydiyatda olan 396 nəfərin 153–ü 25-30 yaşlarındadır.

Narkotik maddəyə aludə olanların 9-u 18-25 yaşlarında, digərləri isə 35-55 yaş arasındadır.

Sahil İsmayılov deyir ki, əslində bu göstərici bir neçə dəfə çoxdur, sadəcə müraciət etməyə çəkinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG