Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

Mobil telefona və internetə öyrəşən insanlar müasir texnologiyadan kənar düşəndə onlarda abstinentlik sindromu müşahidə olunur

Bu barədə “Daily Telegraph” qəzeti ABŞ-ın Maryland və Avstriyanın Zalsburg universitetlərinin apardığı beynəlxalq tədqiqata istinadən yazır. Dünya üzrə 12 universitetin tələbələri bu eksperimentdə iştirak edib.

Abstinentlik sindromu narkotik maddələrə, spirtli içkilərə və siqaretə alışan adamlarda bu zərərli vərdişləri tərgidərkən baş verir.

Tədqiqat zamanı könüllülərdən 24 saat ərzində kompyuter, mobil telefon, iPod, televizor, radio və hətta qəzetlərdən uzaq durmaq tapşırılıb. Onlara yalnız kitab oxumaq və ev telefonlarını işlətməyə icazə verilib.

Nəticədə könüllülərdə abstinentlik sindromları özünü göstərməyə başlayıb. Bəzilərində bu, siqareti tərgidərkən, bəzilərində dieta, bəzilərində isə narkotik asılılığından qurtarmaq istəyərkən yaranan hisslərlə assosiasiya olub.

İngiltərədə eksperimentə rəhbərlik edən Roman Jerodimos qeyd edib ki, onlar təkcə psixoloji sindromlar deyil, həm də fiziki simptomların şahidi olublar.

Sözügedən fenomeni hazırda informasiyadan məhrum olma pozğunluğu kimi təsvir edirlər.

/Sayta hazırladı Əli Novruzov/

Günün bütün mövzuları

XS
SM
MD
LG