Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

ABŞ Qazaxıstanda demokratiyanın taleyindən narahatdır



Qazaxıstanı tərk edən ABŞ səfiri Richard Hoagland ölkə prezidenti Nursultan Nazarbayevin prezidentlik müddətinin 10 ilə qədər üzadılması ilə bağlı təklifin referenduma çıxarılmasını tənqid edib.

Səfir Astanada keçirdiyi yekun mətbuat konfransında bu addımın demokratiyanın inkişafına maneə kimi qiymətləndirib.

Hoagland bu həftənin üçüncü günü keçirilən mətbuat konfransında deyib ki, demokratiyanın bərqərar olması üçün qazaxların müxtəlif ideyaları, müxtəlif şəxsiyyətləri seçməyə ixtiyarları olmalıdır.

Diplomatik fəaliyyətini Pakistanda davam etdirəcək Hoagland deyib ki, ABŞ Qazaxıstanda demokratiyanın taleyindən narahatdır.

Qazax parlamenti dekabrda keçirilən iclasında Nazarbayevin növbəti 10 ildə də prezidentlik etməsinin referenduma çıxarılmasını dəstəkləyib. 70 yaşlı Nazarbayev artıq 20 ildən çoxdur ki, ölkəyə rəhbərlik edir.
XS
SM
MD
LG