Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Daha bir Azərbaycan əsgəri yaralanıb





Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən mövqelərimizə açdığı atəş nəticəsində əsgər Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb.

Əsgərin vəziyyəti ağırdır.

1991-ci il təvəllüdlü Hüseynov Ülvi ötən ilin yanvarında Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG