Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:17

İranda xristian icması liderləri həbs olunub


İranın dövlət televiziyası deyir ki, ölkənin xristian azlığının liderləri həbs ediliblər. Ancaq nə qədər adamın həbs olunması barədə məlumat verilmir.

Dövlət Televiziyası Tehranın rəsmisi Morteza Tamadona istinadla xəbər verir ki, Britaniyanın dəstəyilə formalaşan bu qrup öz yığıncaqlarında güzəştsiz xristian baxışaları paylaşırlarmış.

Amma bu dəqiqləşməyib. İranın müxalif yönlü saytı(Sahamnews.org) xəbər verir ki, Milad bayramından bəri 60 xristian həbs olunub.

Saytın məlumatına görə, ötən beşinci gün isə İsfahanda keşiş Leonard Keshishian təhlükəsizlik orqanlarına çağırılıb və orda həbs olunub.
XS
SM
MD
LG