Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Barrozu "Nabucco" ya görə Bakıya gəlir


Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da daxil olmaqla Avropa Birliyinin rəsmiləri yanvarın 13-15-də Azərbaycan və Türkmənistana gəlməyi planlaşdırırlar.

Məqsəd “Nabucco” qaz kəməri layihəsini müzakirə etməkdir.

“RİA Novostinin məlumatına görə, bunu çərşənbə günü mətbuat konfransında Barrozunun özü bəyan edib.

Joze Manuel Barrozu “Nabucco” layihəsinin uğurla həyata keçiriləcəyinə ümidlə yanaşdığını vurğulayıb.

Səfər zamanı Azərbaycan və Türkmənistan rəsmiləri ilə layihənin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılcaq.

Avropa Birliyi rəsmilərinin Azərbaycana səfəri yanvarın 13-14-ə nəzərdə tutulub.

Bu kəmərlə Azərbaycan, Türkmənistan və İraq qazının Avstriya, ordan isə Avropa bazarlarına çıxarılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG