Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:55

Boş müəllim yeri üçün yeni müsabiqə


Yanvarın 20-dək orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı növbəti müsabiqə elan olunacaq. Vakant vəzifələrin əsasən, çağırışaqədərki hərbi hazırlıq və bədən tərbiyəsi ixtisaslarına aid olacağı gözlənilir.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, ümumtəhsil məktəblərində boş qalmış vəzifələrin tutulması üçün vakant yerlərin sayının dəqiqləşdirilməsi mərhələsi başa çatmaq üzrədir. İmtahanların yanvarın sonlarında keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı sonuncu müsabiqə 2010-cu ilin sentyabrında keçirilib. Həmin müsabiqə nəticəsində ümumtəhsil məktəblərində 227 boş müəllim yeri tutulmuşdu.
XS
SM
MD
LG