Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

10 minə yaxın əcnəbiyə işləməyə icazə veriləcək


Bu il Azərbaycan hökuməti ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün 10 minə yaxın əcnəbiyə icazə verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev APA-ya bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi bu kvotada ən çox yer tikinti sektoru üzrədir.

R.Tağıyev xaricdən Azərbaycana gələn əməkçi mühacirlər arasında tikinti sektorunda çalışanlara daha çox ehtiyacın olmasını ölkədə həyata keçirilən infrastruktur layihələrlə əlaqələndirib:

«Kvotada tikinti sektoruna daha çox yerin ayrılması infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlıdır. Bu yerlərdə işləmək üçün əsas götürülən tələblərə cavab verən Azərbaycan vətəndaşları yetərli sayda deyil».

R.Tağıyevin sözlərinə görə, ötən il də ayrılmış kvotada tikinti sektoru üzrə müəyyənləşdirilmiş yerlər üstünlük təşkil edib.

İdarə rəisi bildirib ki, bu ilki kvotada ayrılmış yerlərin sayına görə ikinci yerdə neft sektorudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG