Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

YENİ ADMİNİSTRASİYA RƏHBƏRİ KİM OLUR?

William Daley
ABŞ prezidenti Barak Obama öz administrasiyasına yeni rəhbər təyin etməyi planlaşdırır. Yeni rəhbərin ABŞ-da ən məşhur siyasi sülalənin nümayəndəsi William Daleydir. Bu ailə 50 ilə yaxındır ki, Çikaqoda Demokrat Partiyasının aparatını idarə edir.

Daley Çikaqonun bundan əvvəlki meri, əslən İralndiyadan olan Riçard J.Daleyin oğludur. Williamın Riçard adında o biri qardaşı da hazırda Çikaqonun meridir. William Daley Bill Klintonun administrasiyasında kommersiya məsələləri üzrə katib, vitse-prezident Əl Qorun məsləhətçisi vəzifələrində çalışıb.

ABC telekanalının xəbərinə görə prezident Obama artıq bu barədə Daleylə müzakirə aparıb, amma hələlik yekun rəsmi qərar qəbul edilməyib.


AĞ EV YERLİBAZLIQDA İTTİHAM EDİLİR
Administrasiyanın əvvəlki rəhbəri Rahm Emanuel
“Guardian” qəzeti yazır ki, 62 yaşlı William Daleyin təsdiqlənməsi Ağ Evin Çikaqodan olanların nəzarətinə keçməsi barədə tənqidləri bir qədər də gücləndirə bilər.

Yanvarın 5-də prezident Havay adalarına iki həftəlik tətildən geri dönən prezident indi bir yığın problemlə üz-üzədir. O, indi rəqib siyasi qüvvənin - Respublikaçıların üstün olduqları Senatda İran kimi mürəkkəb xarici siyasət problemləri barədə qərarların qəbulunu təmin etməli, həm də Ağ Evi yenidən təşkilatlandırmalıdır.

Prezident hazırda boş olan üç əsas vəzifəyə yeni adamlar təyin etməlidir. Onlardan biri oktyabrda vəzifəsini tərk edərək Çikaqoda mer seçkisinə qatılan administrasiyanın əvvəlki rəhbəri Rahim Emanuelin postudur.

İkincisi, Ağ Evin Baş məsləhətçisi vəzifəsidir. İndi bu vəzifədə çalışan David Axelrod Vaşinqtondakı vəziyyətindən o qədər də razı görünmür və Çikaqoya qayıdıb 2012-ci ilin prezident seçkisinə hazırlaşmaq istədiyini bildirib.

Üçüncüsü də, hazırda Aö Evi tərk etməkdə olan Larry Summersin baş iqtisadi müşavir vəzifəsidir.

William Daley sonuncu prezident seçkisində maddi və məsləhət sarıdan Obamaya dəstək verib. Eyni zamanda Obamanın rəqibləri olan Hillari Klinton və Con Edvardın da seçki kampaniyasına pul verib.

Ağ Evdə vəzifə alacağı gözlənən adamlardan biri isə David Plouffedır. Onun Baş məsləhətçi postunu tutuacağı deyilir. Plouffe 2008-ci ildə Barak Obamanın seçki kampaniyasının əsas müəlliflərindən biri hesab edilir.

İSTİRAHƏTDƏN DÖNƏN PREZİDENTİ GÖZLƏYƏN PROBELMLRƏ TOPLUSU
Barak Obama
Prezidenti qarşıdakı iki ildə gözləyən sınaqlardan biri də Nümayəndələr Palatasında çoxluq hüququ qazanan Respublikaçılarla necə dil tapacağıdır. Noyabrda keçirilmiş aralıq seçkisində Nümayəndələr Palatasında prezidentin Demokrat Partiyası 193, Respublikaçılar isə 242 mandat əldə edib.

Demokratlar Senatda da altı mandat itiriblər, amma burada 53 səslə hələlik nisbi üstünlüyü özlərində saxlayırlar. Respublikaçıların isə Senatda 47 təmsilçisi var.


OBAMANIN SƏHİYYƏ PAKETİ TƏHLÜKƏDƏ

Prezident Obama səhiyyə sığortası qanunu imzalayır, 23 mart 2010
Yanvarın 5-də Konqresin sessiyası başlayır. Respublikaçılar Obamanın bir qədər əvvəl qəbul edilmiş mübahisəli səhiyyə islahatları paketini geri qaytarmağa məcbur edəcəkləri barədə xəbərdarlıq ediblər.
Prezidentin keçən yaz imzaladığı bu paketdə sağlamlıq sığortası olmayan 30 milyon adamın sığortaya cəlb edilməsini nəzərdə tutulur. Administrasiyanın yeni rəhbəri olacağı deyilən William Daley də həmin paketin qəbulunu düzgün addım hesab etmədiyini bildirib.

Amma müşahidəçilər bildirirlər ki, Respublikaçıların paket əleyhinə səsverməsi yalnız simvolik nəticələr verə bilər. Çünki hətta Nümayəndələr Palatasında səhiyyə sığortası paketi əleyhinə qanun qəbul edilsə belə, Senatda Demorkatların say üstünlüyü ilə həmin sənəd ləğv edilə bilər. Belə qanun Senatda da keçsə, prezident Obama ona veto qoya bilər.

MÜXALİFƏT BÜDCƏNİ 100 MİLYARD DOLLAR KƏSİR
Ona görə Respublikaçılar bildirirlər ki, bu səhiyyə paketinin maliyyələşməsinə hücum edəcəklər. Onlar 2011-ci il üçün yerli xərcləri 100 milyard dollar azatlmağı özlərinin ən əsas vəzifələri elan ediblər. Bununla da onlar 14 trilyon dollarlıq federal büdcə kəsirini azaltmaq istədiklərini bildirirlər.

Havay adalarından istirahətdən qayıdan prezident Barak Obama isə yanvarın 5-də təyyarədə jurnalistlərə bildirib ki, o, ölkədə yeni iş yerlərinin yaradılması və iqtisadi inkişafın təmin edilməsi yönündə respublikaçılarla əməkdaşlıq yolları tapacaq: “Ümid edirəm ki, Nümayəndələr Palatasında və Senatdakı Respublikaçıların liderləri 2012-ci ilin seçki kampaniyasını aparmağa elə həmin il kifayət qədər vaxtlarının olacağını başa düşəcəklər” – deyə prezident bildirib.

OBAMAYA VƏKİLLƏR LAZIM OLACAQ
Prezident Obama
Belə görünür, Obamaya qarşıdakı illərdə yaxşı vəkillər də lazım olacaq. Nümayəndələr Palatasındakı bəzi respublikaçılar elan ediblər ki, prezident Obamanın əsas layihələri üzrə xərcləri araşdıran komitələr yaradılar. Onlardan biri olan Darrel İssa yanvarın 2-də CNN telekanalına müsahibəsində Barak Obamanı müasir dövrün ən korrupsioner prezidenti adlandırıb.

Şərhləri göstər

XS
SM
MD
LG