Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Şimali Koreya multi-medianı təcrübədən keçirir


Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin veb-səhifəsində (Korean Central News Agency) yeni medianın imkanlarından yararlanmağa çalışılır. Təcrübə barədə Şimali Koreyanın «Tech.bloqu»nda deyilir:

- Videoda birinci Pxenyan ətrafından səhnələr görünür, burda ailələr Böyük Mansudae Abidəsini seyr edir, ikinci videoda şəhərdən daha şox kadrlar var, özünü Kim Pyong O kimi təqdim edən məmurun şərhləri verilir, o, Əlvan Metallar Nazirliyində department rəhbəridir.

VİDEOLARA BAXMAQ MÜMKÜN DEYİL

Amma bu videoya baxmaq heç də asan deyil, çünki onlar standart video playerə uyğun deyil. Bu barədə bloqda yazıılb:

- Video digər internet videoları kimi «Flash»də açılmır. Bu videoların istifadəsi Windows or Linux (üzr istəyirəm, Mac istifadəçiləri) üçün yüklənə bilən «HMS Player»in versiyasını tələb edir. Mən kompyuter proqramına baxmışam və «kml://» ünvanında istidadə olunub. Və burda elə də çox sənəd yoxdur.

Bloq izah etmir ki, əgər səni maraqlandırsa və Şimali Koreya serverindən proqram yükləmək istəmirsənsə, videoya necə baxmaq lazımdı. Amma Şimali Koreya «Tech.bloq»u göstərdiyi kimi bu videoalar adi təbliğat cəbhəsindən kiçik işartı kimi görünür və «daha çox televiziya xəbər agentlikləri tərəfindən təmin edilən və tamaşaçılara yönələn təşəbbüsdür».

STİLLƏ BAĞLI PROBLEM VAR

Ötən il Şimali Koreya sosial şəbəkələrə və YouTube qoşuldu.

Şimali Koreyanın banisi Kim İr Sen (solda) və oğlu Kim Çen İr
Ola bilsin ki, Koreya Mərkəzi Xəbərlər Agentliyinin həll etməli problemlərdən biri stillə bağlıdır. Misal üçün, «Uriminzokkiri YouTube channel»ə girirsən və burdakı videoda ora-bura gedən proletariatı, sobalarda şirniyyat bişirən qadınları və ölkənin hərbi qüdrətindən bəhs edən mərasimi görəcəksən.

Baxmayaraq ki, Koreya Mərkəzi Xəbər Agentliyinin saytının gördüyü bu iş kiçik, fərqli bir mehə bənzəyir, amma mahiyyəti elə köhnə hamam, köhnə tasdır...

Nümunə üçün sərlövhələrdən sitat gətirək: 2011-ci il üçün Hərbi Tapşırığı Həyata Keçirmək üçün Kütləvi Toplaşma. Məmurlar polad istehsalında işçilərə kömək edir.

KOREYA SAYTLARINDA İNTERAKTİV ÜNSİYYƏT YOXDUR

Mediada Şimali Koreyanın sosial-media cəhdləri barədə dekabr ayında yazılıb:

- Şimali Koreyanın «Flickr» saytında rəqsdən və atəşfəşanlıqdan kadrlar var, tez-tez Pxenyanın işıqlandırılmış küçələri göstərilir, məqsəd də bu ölkənin kasıb, işıqsız, yoxsul həbsxana imicini təkzib etməkdir...Onların «Facebook» səhifəsi qəşəngdir, ancaq boşdur, yalnız digər təbliğat internet unvanlarını, sosial media saytlarını göstərən linklər və bir də bu səhifəni bəyənən 47 izləyici var.

Şimali Koreya sosial media səhnəsinə daxil ola bilsə də, amma burda interaktiv ünsiyyətdən söhbət gedə bilməz. «Sayt operatorlarının tənqidi şərhlərə «spam» işarəsi qoymaqdan savayı izləyicilərlə qarşılıqlı heç bir ünsiyyəti yoxdur» - Açıq Mənbə Mərkəzi qeyd edir. YouTube-ın şərhlər bölməsi isə də tənqidi şərhlərdən qorunur, amma hər halda burda «TheUltramarines065» menecerinin gözündən yayınan əks şərh görmək olar: «Şimali Koreya ən pis Koreya!!!».

Beləliklə, ortadakı yeni platformadı, amma içindəki eyni köhnə tarixdir…

/Sayta hazırladı: Səadət Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG