Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

Pəhləvi şahın kiçik oğlu intihar edib


Əli Rza Pəhləvi
Əli Rza Pəhləvi
İran şahının kiçik oğlu Əli Rza Pəhləvi Amerikada intihar edib.

Bu barədə onun böyük qardaşı Rezanın internet səhifəsində məlumat yerləşdirilib. Onun sözlərinə görə, 44 yaşlı Əli Rza İranın hazırkı vəziyyəti və atası ilə bacısının taleyinə görə, depressiyadan əziyyət çəkirdi.

Bu, Pəhləvi ailəsinin intihar edən ikinci övladıdır. “Wall Street Journal” yazır ki, ailənin qız övladı Leyla Pəhləvi 2001-ci ildə Londonda otel otağında yüksək dozada narkotik qəbul edərək özünü öldürmüşdü.

Boston Globe qəzeti Əli Rza Pəhləvinin meyitinin Bostonda yaşadığı evdən tapıldığını yazıb. Polisin bildirdiyinə görə, şahzadə özünə atəş açıb.

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İslam İnqilabı nəticəsində devrilib. Bir ildən sonra Misirdə xərçəngdən vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG