Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Pəhləvi şahın sonuncu oğlu intihar edib


İran şahının kiçik oğlu Əli Rza Pəhləvi Amerikada intihar edib.

Bu barədə onun böyük qardaşı Rezanın internet səhifəsində məlumat yerləşdirilib. Onun sözlərinə görə, 44 yaşlı Əli Rza İranın hazırkı vəziyyəti və atası ilə bacısının taleyinə görə, depressiyadan əziyyət çəkirdi.

Boston Globe qəzeti Əli Rza Pəhləvinin meyitinin Bostonda yaşadığı evdən tapıldığını yazıb. Polisin bildirdiyinə görə, şahzadə özünə atəş açıb.

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İslam İnqilabı nəticəsində devrilib. Bir ildən sonra Misirdə xərçəngdən vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG