Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:15

Belarusda həbs olunan jurnalistlərlə bağlı narahatlıq artır


Söz azadlığını müdafiə təşkilatları rəsmi Minski Belarusda seçkisonrası etirazlarda tutulan jurnalistləri azadlığa buraxmağa çağırıblar. Nyu Yorkdakı Beynəlxalq Jurnalistləri müdafiə komitəsi bildirir ki, Dekabrın 19-da mitinqin dağılmasından bu aya hələ də 22 jurnalistin həbsdə olmas haqda məlumatları var.

Komitə həmçinin, hökumətin həbsdəki jurnalist İrina Khalip və müxalifətçi Andrey Sannikaunun 3 yaşlı oğullarının da nənə-babasının əlindən alınması cəhdlərinə etirazını bildirib.

Beynəlxalq Mətbuat İnstitutu da Belarusda jrunalsitləriə qarşı hücumlara görə həyacan səsini ucaldıb.
XS
SM
MD
LG